Bu il Nur-Sultanda "Azərbaycan nemətləri" mağazası açılacaq

Bu il Nur-Sultanda "Azərbaycan nemətləri" mağazası açılacaq
  • Clock-gray 11:16
  • calendar-gray 19 İyun 2019

Bu il ərzində Qazaxıstanın Nur-Sultan şəhərində "Azərbaycan nemətləri" adlı mağazanın açılışı gözlənilir. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, həmçinin Rusiyanın müxtəlif bölgələrində belə mağazaların açılışı və artıq mövcud olan böyük mağaza və mağaza şəbəkələrində "Azərbaycan küçələri"nin açılması istiqamətində işlər aparılır.

"Biz ümumilikdə ticarət və şərab evləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işləri davam etdiririk. Bu il Rusiyada şərab evlərinin açılması planlaşdırılır. Bundan başqa, Çinin bir neçə bölgəsində şərab evlərinin açılışı istiqamətdə danışıqlar aparılır və bu coğrafiya genişləndiriləcək",- deyə R. Məmmədov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date