Bu il qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən özəl şirkətlər - SİYAHI

Bu il qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən özəl şirkətlər  - SİYAHI
# 31 mart 2023 11:48 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkət “MKT İstehsalat Kommersiya” MMC olub.

APA-Economics”ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, cari ilin yanvar-fevral aylarında “MKT İstehsalat Kommersiya” MMC 18.4 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac edən özəl şirkətlər siyahısında növbəti yerləri 11.9 milyon dollar ixracla “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, 9.9 milyon dollar ixracla “STP Global Cable” MMC, 7.6 milyon dollar ixracla “P-Aqro” MMC, 7.4 milyon dollar ixracla “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, 6.8 milyon dollar ixracla Şirinov Elvin Valeh oğlu, 6.6 milyon dollar ixracla “Baku Steel Company” QSC , 6.2 milyon dollar ixracla “Almeyvə” MMC, 5.8 milyon dollar ixracla “Mors Trading” MMC, 5.7 milyon dollar ixracla isə “Rose Servis” MMC tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR