Cəbrayılda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək

Cəbrayılda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək
# 26 aprel 2022 17:43 (UTC +04:00)

Bu ilin ikinci rübündə Cəbrayıl rayonunda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, servis mərkəzi yük avtomobillərinə və kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərəcək.

"Layihənin bünövrəsi 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda qoyulub. Bu layihə Gəncə Avtomobil Zavodu ilə birgə həyata keçirilir. Mərkəzin planlaşdırılan istismara verilmə tarixi 2022-ci ilin ikinci rübüdür",- deyə Aleksey Overçuk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR