Çində avtomobil satışları son 3 ildə ilk dəfə artıb

Çində avtomobil satışları son 3 ildə ilk dəfə artıb
# 13 yanvar 2022 12:36 (UTC +04:00)

2021-ci ildə Çində avtomobil satışları 3,8% artaraq 26,28 milyona çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) açıqlamasında deyilir.

CAAM son üç ildə Çin avtomobil bazarında ilk dəfə artımın olduğunu qeydə alıb.

İl ərzində minik avtomobillərinin satışı 6,5% artaraq 21,48 milyon, o cümlədən sedanların satışı 7,1% artaraq 9,93 milyon, yolsuzluq avtomobillərinin satışı 6,8% artaraq 10,1 milyon, mikroavtobusların satışı isə faktiki olaraq dəyişməz qalıb və 1,06 milyon olub.

Ümumi bazarın 20%-dən az hissəsini təşkil edən kommersiya nəqliyyatı vasitələri 6,6% azalaraq 4,79 milyon, yük maşınlarının satışı 8,5% azalaraq 4,29 milyon, avtobusların satışı isə 12,6% artaraq 505 min vahid təşkil edib.

Bununla yanaşı, dekabrda avtomobil bazarında azalma qeyd edilib – satılan avtomobillərin ümumi həcmi kommersiya nəqliyyatı bazarının 20,1% çökməsi səbəbindən illik hesablamada 1,6% azalıb. Satılan minik avtomobillərinin sayı 2% artıb.

CAAM-in hesabatına görə, yeni enerji mənbələri (NEV) ilə işləyən maşınların satışı 2021-ci ildə 157,5% artaraq 3,52 milyona çatıb.

CAAM-in dekabr ayı proqnozuna görə, Çində avtomobil satışları 2022-ci ildə 5,4% artaraq 27,5 milyona, NEV satışları isə 47% artaraq 5 milyona çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR