Corc Dik: Səfirliyin açılması İsraildən Azərbaycana invesitisiyaları artıracaq

Corc Dik: Səfirliyin açılması İsraildən Azərbaycana invesitisiyaları artıracaq
# 06 dekabr 2022 14:08 (UTC +04:00)

Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı tarixi qərarından çox məmnunuq.

Bunu “APA-Economics”ə açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

"Bu, ilk növbədə bütün dünyaya mesajdır ki, Azərbaycan və İsrail strateji tərəfdaşdır. Digər tərəfdən səfirliyin açılması Azərbaycanın İsraildə hökumət və siyasət qurucuları, eyni zamanda özəl sektorla təmasların artmasına təsir edəcək. Bu, eyni zamanda İsraildən Azərbaycana investisiyaları, o cümlədən texnologiya idxalını artıracaq" - deyə, İsrail səfiri qeyd edib.

O həmçinin əlavə edib ki, səfirliyin açılması bütün region ölkələrinə İsrail-Azərbaycan dostluğunun davamlı olacağı mesajıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR