Daha 7 sahibkar mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilib

Daha 7 sahibkar mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilib
# 02 avqust 2022 13:03 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 7 KOB subyektinə startap şəhadətnaməsi verilib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla da startap şəhadətnaməsi alan KOB subyektlərinin sayı 49-a çatıb.

Şəhadətnamələr təlim tədris xidmətləri, dronların istehsalı, neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası eləcədə tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi kimi layihələri icra edən KOB subyektinə təqdim edilib.

Bu sənəd KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR