Deputat: "Azərbaycanda inflyasiya yaradan məhsulların istehsalı təşkil olunmalıdır"

Vahid Əhmədov

© APA | Vahid Əhmədov

# 18 yanvar 2022 16:37 (UTC +04:00)

Azərbaycanda ölkə iqtisadiyyatında inflyasiya yaradan məhsulların istehsalı təşkil olunmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov "2021-ci ilin sosial-iqtisadi nəticələri: inkişaf perspektivləri" mövzusunda elmi seminarda çıxış edərkən deyib.

Onun sözlərinə görə, elə komponentlər və məhsullar var ki, ölkədə onların istehsalı mümkün deyil: "Niyə? Səbəbi nədir? Biz idxalın strukturuna baxmalıyıq və o strukturu tədricən azaltmalıyıq. Elə etməliyik ki, bizdə inflyasiya yarada məhsullar, komponentlər Azərbaycanda istehsal olunsun. Azərbaycanda böyük sənaye parkları, sənaye məhəllələri tikilib istifadəyə verilib. Amma istisna deyil ki, bu problem 2022-ci ildə də qarşımıza çıxacaq. Bunun öhdəsindən gəlməliyik", - deyə V. Əhmədov qeyd edib.

Xatırladaq ki, ötən il Azərbaycanda inflyasiya 6,7%, dekabrda isə 12% səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR