Deputat: “Lombardlar haqqında” qanunu qəbul etməyimizi istəmirlər, təzyiqlər var

Vahid Əhmədov, Milli Məclisin deputatı

© APA | Vahid Əhmədov, Milli Məclisin deputatı

# 24 yanvar 2023 12:06 (UTC +04:00)

“Lombardlar haqqında” qanun layihəsi üzərində müəyyən təzyiqlər var. İstəmirlər ki, biz bu qanunu qəbul edək”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vahid Əhmədov bildirib.

“Mən başa düşürəm ki, lombardlarla əlaqədar olaraq maraqlar kifayət qədər böyükdür. Amma bu qanunun qəbulu çox vacibdir. Biz lombardların sayını belə bilmirik. Onlara lisenziyaların verilməsi, qeydiyyata alınması vacibdir”, - Vahid Əhmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR