Deputat: "Qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir"

Deputat: "Qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericilik təkmilləşdirilməlidir"
# 20 may 2022 11:12 (UTC +04:00)

"Azərbaycanda qiymətləndirmə fəaliyyətilə bağlı qanunvericilik bazası təkmilləşdirilməlidir".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında iştirak edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, qiymətləndirmə fəaliyyəti uzun müddət formal xarakter daşıyıb. İqtisayyyatın strukturu dəyişdikcə və iqtisadi islahatlar dərinləşdikcə qiymətləndirmə fəaliyyətinə də yeni baxışa ehtiyac var. Bu da qanunvericilik bazasının möhkəmləndirilməsini tələb edir.

Vüqar Bayramov əlavə edib ki, bu məsələ yaxın vaxtlarda Milli Məclisin gündəliyinə daxil edilə bilər: "Milli Məclis olaraq biz qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı öz təkliflərimizi təqdim edirik. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətilə də bu istiqamətdə əməkdaşlığımız davam edir. Əminəm ki, bu ildən bu istiqamətdə real addımların atılması mümkün olacaq və biz daha təkmil qiymətləndirmə fəaliyyəti ilə bağlı qanun çərçivəsində qiymətləndiricilərin fəaliyyətini müşahidə edəcəyik"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR