Deputat: “Xarici investorlar qeyri-neft sektoruna o qədər də həvəsli görünmür” - VİDEO

Əli Məsimli

© APA | Əli Məsimli

# 28 oktyabr 2022 12:33 (UTC +04:00)

“Bu qanun çox vacibdir. Xarici investorlar qeyri-neft sektoruna o qədər də həvəsli görünmür. İndi bu qanunun qəbulu belə çatışmazlığı aradan qaldıra bilər”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitənin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, digər tərəfdən əsas məsələ bu qanun layihəsində yerli təcrübənin nəzərə alınmasıdır: “Çünki 2016-cı ildə belə qanun qəbul edilsə də, işləmədi. Amma MDB ölkələrinin təcrübəsindəki çatışmazlıqların qanunda nəzərə alınması vacib amildir və bu amil nəzərə alınıbmı? Maliyyə Bazarlarına Nəzarət Palatası Milli Məclisdən sürətlə bir çox qanunları keçirdi, ancaq o qanunların heç biri işləmədi. Maliyyə bazarına nəzarət istiqamətində qanunlar işlənib hazırlananda maliyyə bazarı nəzərə alınmamışdı. Qəbul edilən qanunlarda idarə maraqlarının müzakirəsi geniş müzakirə edilməlidir. Qanunun hüquqi təminatı normal səviyyədədir. Maliyyə təminatı sahəsinin qanunun inkişaf etdirilməsinə ehtiyac var. Qanunda dövlət-özəl tərəfdaşlığı hissəsi təkmilləşdirilməlidir, layihədə çox ümumi xarakterli məlumatlar var. Azərbaycanda yerli investorlarla bağlı problemlər var. Bu gün bu qanunun tələblərinə cavab verən şirkətlər bəllidir. Hamı üçün şərait yaradılacaqsa, bu qanunda maddələr genişlənməlidir. Burada əsas məsələ rəqabətliliyin qorunması məsələsidir. Amma rəqabət olmalıdır ki, onu qoruyaq. Rəqabətin qorunması yox, rəqabətliliyin təmin edilməsinin hüquqi bazası yaradılmalıdır. İkincisi, səlahiyyətli orqanının özünün məsuliyyəti ilə bağlı tənzimləmələr də hər hansı qanunda öz əksini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR