Dövlət əmlakının özəlləşdirilməsinə dair yeni qanun layihəsi hazırlanacaq

Dövlət əmlakının özəlləşdirilməsinə dair yeni qanun layihəsi hazırlanacaq
# 22 iyul 2022 14:20 (UTC +04:00)

Dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsi hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə 2022-2023-cü illər ərzində müvafiq qanun layihəsinin qəbul edilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR