Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq

Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq
# 05 noyabr 2022 12:22 (UTC +04:00)

Dövlət-özəl tərəfdaşlığı layihələri, onların seçilməsi qaydası və iddiaçılara dair tələblər müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını qüvvədə olan strateji sənədlər əsasında hazırlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra hər il üzrə bu qanunda nəzərdə tutulan məlumat bazasında və özünün rəsmi internet səhifəsində yerləşdirir, habelə mediada dərc etdirir. Dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi birdən çox dövlət tərəfdaşının səlahiyyətinə aid olduğu hallarda, səlahiyyətli orqan dövlət tərəfdaşını müəyyən edir və ya dövlət-özəl tərəfdaşlığı layihəsinin onlar tərəfindən birgə həyata keçirilməsi barədə qərar qəbul edir.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 (qırx doqquz) ildir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR