Dövlət qurumu 9 milyon manatlıq ekskavator alıb

Dövlət qurumu 9 milyon manatlıq ekskavator alıb
# 20 sentyabr 2022 09:43 (UTC +04:00)

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (ekskavatorların) satınalınması üzrə tenderə yekun vurub.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi “Grand Motors Company” QSC seçilib.

Şirkətlə 8 milyon 999 min 200 manat dəyərində müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR