Dövlət xidməti antidempinq modulunu işə salacaq 

Dövlət xidməti antidempinq modulunu işə salacaq 
# 05 avqust 2022 14:56 (UTC +04:00)

Antidempinq xidmət modulundan istifadəni özündə əks etdirən yeni Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) istifadəyə veriləcək.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanan bu rəqəmsal platforma Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılan və ya artan idxala qarşı araşdırma orqanının həyata keçirdiyi antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsini nəzərdə tutur.

Qeyd edilən rəqəmsal platforma vahid konsepsiya üzərindən həyata keçirilir, məlumatların daim nəzarətdə saxlanılmasına şərait yaradır.

Qeyd edək ki, MEİS-in tətbiq edilməsi Dövlət Xidmətində məlumatların toplanması, emalı, sorğuların və bildirişlərin göndərilməsinin rəqəmsal formada aparılmasına imkan yaradacaq, beləliklə vətəndaşların və təsərrüfat subyektlərinin dövlət orqanı ilə əlaqələrini daha da optimallaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR