Dövlət Xidməti “Kontakt Home”a qarşı açılan işə xitam verib

Dövlət Xidməti “Kontakt Home”a qarşı açılan işə xitam verib
# 07 iyun 2022 12:58 (UTC +04:00)

Mobil telefon cihazları bazarında antiinhisar qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməməsi məqsədilə aparılan araşdırmalar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “ABC-Telecom” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdı.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, işəbaxma zamanı MMC tərəfindən tələb olunan sənəd və məlumatlar işəbaxma komissiyasına təqdim edilib. “ABC-Telecom” MMC-nin tələb olunan məlumatları tam həcmdə təqdim etməsi və bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürməsi nəzərə alınaraq işə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR