Dünyada fərdi kompüter satışları onillik maksimuma çatıb

Dünyada fərdi kompüter satışları onillik maksimuma çatıb
# 13 yanvar 2022 16:19 (UTC +04:00)

"International Data Corporation"un (IDC) ilkin məlumatlarına görə, 2021-ci ildə fərdi kompüterlərin (personal computer – PC) qlobal tədarükü 14,8% artaraq 348,8 milyona çatıb.

"APA-Economics"in IDC-yə istinadən verdiyi məlumata görə, artım templəri 2012-ci ildən bəri rekord səviyyəyə çatıb və təşkilatın dekabrda verdiyi proqnozu (13,5%) proqnozunu üstələyib.

Oktyabr-dekabr aylarında fərdi kompüter satışları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 92,7 milyona çatıb.

"2021-ci ildə fərdi kompüter bazarı formalaşıb. İnkişaf etməkdə olan bazar istehlakçılarının fərdi kompüterlərə olan tələbi və kommersiya tələbi son rübdə güclü olaraq qalıb və təklif məhdudlaşdırıcı amil kimi çıxış edib", - IDC-nin tədqiqat meneceri Citeş Ubrani deyib.

IDC-nin vitse-prezidenti Tom Mainellinin sözlərinə görə, çətin logistik vəziyyət və davamlı tədarük çatışmazlığı kompüter bazarının 2021-ci ildən daha da güclənə biləcəyini göstərir.

Eyni zamanda, o, 2022-ci ilin birinci yarısında xüsusilə tələbin ən aktiv olduğu kommersiya seqmentində hələ də məhdud təklif vəziyyətinin olacağını gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR