E-ticarətlə bağlı şikayətlərin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib

E-ticarətlə bağlı şikayətlərin idarəedilməsi üzrə yeni dövlət standartı qəbul edilib
# 06 iyul 2022 10:59 (UTC +04:00)

Müştəri məmnuniyyətinin təmin edilməsi, artırılması, o cümlədən bu sahədə keyfiyyətin yüksəldilməsi məqsədilə AZS ISO 10002:2022 “Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Keyfiyyət Assosiyasiyası” İctimai Birliyi tərəfindən təqdim edilən standart layihəsi Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Dövlət standartı bütün fəaliyyət növləri (kommersiya və qeyri-kommersiya), o cümlədən elektron ticarət ilə bağlı şikayətlərin effektiv və səmərəli idarəetmə prosesinin işlənib hazırlanması və tətbiqi üzrə beynəlxalq prosedurları ehtiva edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR