Elnur Əliyev: "Pandemiya və münaqişələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərib"

Elnur Əliyev: "Pandemiya və münaqişələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərib"
# 24 iyun 2022 11:39 (UTC +04:00)

Pandemiya, regionda yaşanan münaqişələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərib.

"APA-Economics" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) “Dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu” adlı konfransında çıxış edərkən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Onun sözlərinə görə, tədarük zəncirinin pozulması nəticəsində bəzi malların qiymətlərində artım, inflyasiya problemləri var.

"Bütün bunlar əks tədbirlər tələb edir ki, bu əks tədbirlər dövlət və özəl sektorun, həmçinin beynəlxalq maliyyə qurumları ilə əlaqələrin gücləndirilməsini tələb edir. QDTİB-in investisiya portfelinin geniş olmasını nəzərə alaraq, burada çox geniş əməkdaşlıq imkanları yaradılır. Artıq Azərbaycanda fəaliyyət göstərən banklarla QDTİB arasında gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlıq çox böyük önəm daşıyır",- deyə Elnur Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR