Əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub

Əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub
# 18 noyabr 2022 14:11 (UTC +04:00)

2022-ci ilin 10 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib. O bildirib ki, vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur.

Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR