Əməkhaqqı fondunun “ağarması” prosesi sığorta ödənişlərini artırıb

Əməkhaqqı fondunun “ağarması” prosesi sığorta ödənişlərini artırıb
# 15 noyabr 2022 11:57 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 mlrd. manata yaxın təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4% və ya 573,6 mln. manat artıb.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 mlrd. manata yaxın olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 128,4 mln. manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 19,9% artaraq 95,3 mln. manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 39,4% artıb və 662 mln. manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 50,7% artaraq 461,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR