Emin Ağalarov: “Crocus Group” daimi müştərilərinin təxminən 30%-ni itirib

Emin Ağalarov: “Crocus Group” daimi müştərilərinin təxminən 30%-ni itirib
# 13 iyun 2022 15:31 (UTC +04:00)

“Crocus Group”a məxsus ticarət mərkəzləri daimi icarəçilərinin təxminən 30%-ni itirib, onların payı ərazinin təqribən 40%-nə bərabərdir.

APA-Economics” xəbər verir ki, bunu RBK-ya müsahibəsində “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov deyib.

Onun sözlərinə görə, "Crocus City Mall" və Vegas ticarət və əyləncə mərkəzləri şəbəkəsi də ziyarətçilərin 30%-ni itirib.

Emin Ağalarov əlavə edib ki, müzakirə olunan paralel idxal və ya brend malların başqa ölkələr vasitəsilə idxalına cəhdlər heç bir nəticə verməyəcək.

“Nə Azərbaycan, nə Gürcüstan, nə də Qazaxıstan Rusiya üçün bufer olmaq istəyəcək, çünki onlar potensial olaraq sanksiyalara məruz qala bilərlər. Paralel idxaldan, bəlkə də yerli səviyyədə istifadə oluna bilər. Sənin əlaqələrin var və sən Özbəkistan üzərindən Mercedes gətirirsən, lakin sənaye miqyasında “Chanel”, H&M, “Louis Vuitton” kimi brendlər heç vaxt buna getməzlər”, - deyə Emin Ağalarov izah edib.

Top-menecerin sözlərinə görə, xarici filmlərin olmaması səbəbindən kinoteatrlara baxanların sayı demək olar ki, 70% azalıb və o, bu göstəricini “kosmik” adlandırıb. “Crocus Group”a məxsus “Vegas” ticarət mərkəzlərində 22 “Karo” kinoteatrlar şəbəkəsindən 7-si bağlanıb.

“Bu salonların işini davam etdirmək üçün Rusiya bir neçə ay ərzində 100 illik tarixi olan Hollivudu ötməli və bütün ölkənin getmək istədiyi filmlərin istehsalına başlamalıdır... Çox güman ki, biz bunun öhdəsindən gələ bilməyəcəyik Kino salonlarının yerinə isə boş qutular qalacaq. Orada tennis oynayacağıq”, - Emin Ağalarov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR