FAO təmsilçisi: Özbəkistan balıqçılıqla bağlı Azərbaycanın təcrübəsini öyrənə bilər

FAO təmsilçisi: Özbəkistan balıqçılıqla bağlı Azərbaycanın təcrübəsini öyrənə bilər
# 24 yanvar 2023 15:31 (UTC +04:00)

Özbəkistan balıqçılıqla bağlı Azərbaycanın təcrübəsini öyrənə bilər.

Bunu "APA-Economics"ə açıqlamasında FAO-nun Özbəkistan nümayəndəliyinin təmsilçisi Şerzod Umarov deyib.
O bildirib ki, hazırda FAO-nun Özbəkistanda olan layihələrindən biri Mərkəzi Asiya balıqçılıq layihəsidir: "Bilirsiz ki, Özbəkistanda dəniz yoxdur, okeanlara qapalı ölkədir. Biz balıqçılıq sənayesinin, balıqçılıq tarixinin olduğu ölkələrin təcrübəsindən yararlana bilərik. Bu cəhətdən Azərbaycan geniş təcrübəyə malikdir".

Şerzod Umarov həmçinin əlavə edib ki, hazırda Özbəkistanın əsas məqsədi ixrac yönülmü kənd təsərrüfatı məhsulları istehsal etməkdir.
"Kənd təsərrüfatı istehsalının şaxələndirilməsi baxımından Türkiyə və Azərbaycanın tərcübəsi Özbəkistan üçün faydalıdır. FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Əməkdaşlıq Proqramı (FTPP II) texnologiya, elm və tərcübə mübadiləsi baxımından çox əhəmiyyətlidir" - Şerzod Umarov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR