"Felis" Türkiyə "Bizim Evdə Final Var" layihəsini mükafatlandırıb - FOTO

"Felis" Türkiyə "Bizim Evdə Final Var" layihəsini mükafatlandırıb - FOTO
# 17 noyabr 2022 10:40 (UTC +04:00)

Azərbaycanın ən populyar layihələrindən biri olan, bütün ölkəyə səs salan "Final" brendinin məşhur aparıcı Zaur Baxşəliyəvlə birlikdə ərsəyə gətirdiyi "Bizim Evdə Final Var" layihəsinin səsi Türkiyəyə qədər gedib çatıb.

Hər kəsin marağını çəkən, fərqli şəhərləri, rayonları və kəndləri gəzərək Final yağı olan ailələrə hədiyyələr təqdim edən bu layihə Qubada başlayıb, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşada yekunlaşıb, son olaraq da Türkiyədə böyük marağa səbəb olaraq mükafatlandırılıb.
İstehlakçıların maraqla izlədiyi bu layihə ölkəmizə Türkiyədə marketinq və reklam sektorundakı ən populyar mükafat olan "Felis" mükafatını qazandırıb.

“Final” yağı markası layihəni yaxından izləyən, evinə bu yağ məhsulunu alıb marka əməkdaşlarının yolunu gözləyən və qonaqpərvərliklə qarşılayan hər kəsə öz minnətdarlığını bildirir, göstərdikləri inama görə sonsuz təşəkkürünü bildirir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR