"Ferrari Store Baku" bağlanır

"Ferrari Store Baku" bağlanır
# 20 iyul 2019 15:41 (UTC +04:00)

İtaliyanın “Ferrari” avtomobillərinin Azərbaycanda rəsmi dileri olan "Autolux Azerbaijan" şirkəti "Ferrari Store Baku" geyim və aksesuar mağazasını bağlayır.

"Autolux Azerbaijan"dan "APA-Economics"ə verilən məlumata görə, "Ferrari Store Baku" bu ilin avqustun 5-dən etibarən bağlanaraq fəaliyyətini dayandıracaq. Belə ki, "Ferrari" şirkətinin İtaliyadakı baş ofisi bütün dünya üzrə, o cümlədən Avropa və Asiyada yerləşən geyim və aksesuarların istehsalının dayandırılmasını və məntiqi olaraq sözügedən mağazaların bağlanmasını qərara alıb. Bundan sonra şirkət yalnız avtomobillərin satışı ilə məşğul olacaq.

Qeyd edək ki, "Ferrari Store Baku" Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR