Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
  • Clock-gray 18:05
  • calendar-gray 25 İyun 2019

İyul-avqust aylarında Gədəbəy rayonunun Miskinli yaylağının ərazisində ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçiriləcək.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, festivalın keçirilməsi üçün Miskinli yaylağının ərazisində yaradılacaq “Yaylaq Yurdu” adlı etnik qəsəbədə Yaylaq bazarı (kənd təsərrüfatı) və Sənətkarlıq guşəsi fəaliyyət göstərəcək.

26-28 iyul tarixlərində isə etnik qəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək. Festivala çoxlu sayda yerli qonaqların və xarici turistlərin gəlməsi gözlənilir.

Milli Yaylaq Festivalı sahibkarların, xüsusilə də sənətkarlıqla məşğul olan mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini təqdim etməsi, yeni əməkdaşlıq əlaqələri qurması üçün yaxşı imkandır.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date