Gəncə Avtomobil Zavodunun satış gəlirləri 14 milyon manat, xalis mənfəəti 3,7 dəfə azalıb 

Gəncə Avtomobil Zavodunun satış gəlirləri 14 milyon manat, xalis mənfəəti 3,7 dəfə azalıb 
# 04 avqust 2022 11:22 (UTC +04:00)

Gəncə Avtomobil Zavodu 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyinin xalis mənfəəti kəskin azalıb.
Belə ki, ötən il “Gəncə Avtomobil Zavodu”nun cəmi gəlirləri 84,867 milyon 867 manat, cəmi xərcləri 82,845 milyon manat təşkil edib. “Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri 2021-ci ildə 84,867 milyon manat təşkil edib. Bu isə 2020-ci ilə nisbətən 14,2% və ya 14,068 milyon azdır. Bu dövrdə GAZ 505,5 min manat (3,6 dəfə az) mənfəət vergisi ödəyib. Son nəticədə zavod 2021-ci ili 2,022 milyon manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 3,7 dəfə azdır. Belə ki, GAZ 2020-ci ildə 7,396 milyon manat xalis mənfəət açıqlamışdı.

2021-ci ilin sonuna zavodun cəmi aktivləri 20,3% artaraq 97,722 milyon manat, cəmi öhdəlikləri 29,3% artaraq 66,097 milyon manata, balans kapitalı isə 5,1 % artaraq 31,625 milyon manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR