Gürcüstan avtomobil ixracını kəskin artırıb - REYTİNQ

Gürcüstan avtomobil ixracını kəskin artırıb - REYTİNQ
# 10 yanvar 2022 15:08 (UTC +04:00)

2021-ci ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 417,639 mln. ABŞ dolları dəyərində 57 982 minik avtomobili ixrac edib.

APA-nın yerli bürosu Gürcüstanın "BusinessPressNews" portalına istinadən xəbər verir ki, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 56,6% çoxdur. Bununla belə, ötən il ixrac edilən avtomobillərinin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə az olub. Belə ki, 2019-cu ilin ilk 11 ayı ərzində Gürcüstan 2021-ci ilin analoji dövrü ilə müqayisədə 37 019 vahid çox – 90 703 ədəd minik avtomobili ixrac edib.

Gürcüstanın ən çox avtomobil ixrac etdiyi ölkələrin reytinqi:

#

Ölkə

Say

Dəyər, mln. $

1

Azərbaycan

35 385

228,2

2

Ukrayna

12 685

83,3

3

Rusiya

2 305

15,5

4

Qırğızıstan

2 036

14,7

5

Qazaxıstan

1 809

19,7

6

Tacikistan

967

6,5

7

Moldova

806

6,3

8

Ermənistan

676

5,5

9

Belçika

342

16,7

10

Özbəkistan

226

3,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR