Gürcüstan bu il Azərbaycana 100 ton şərab ixrac edib

Gürcüstan bu il Azərbaycana 100 ton şərab ixrac edib
# 25 sentyabr 2023 12:12 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 425 min ABŞ dolları dəyərində 103,3 ton üzüm şərabı ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ötən illə müqayisədə Azərbaycana ixrac edilən şərabın həcmi 14,7 ton və ya 16,6%, dəyəri isə 85 min dollar və ya 25% artıb. Belə ki, 2022-ci ilin 8 ayı ərzində Gürcüstan Azərbaycana 339,06 min dollar dəyərində 88,6 ton şərab ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR