Gürcüstandan Azərbaycana avtomobil ixracı 34% artıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 34% artıb
# 23 fevral 2023 10:32 (UTC +04:00)

2023-cü ilin yanvarında Gürcüstandan Azərbaycana 29,3 milyon dollar dəyərində 2 436 ədəd avtomobil ixrac edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, illik müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin sayı 46 ədəd və ya 1,9%, dəyəri isə 7,5 milyon dollar və ya 34,4% artıb.

Ötən ilin yanvarında Gürcüstan Azərbaycana 21,8 milyon dollar dəyərində 2 390 ədəd avtomobil ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR