Gürcüstandan Azərbaycana ixrac edilən məhsulların həcmi artıb

Gürcüstandan Azərbaycana ixrac edilən məhsulların həcmi artıb
  • Clock-gray 11:43
  • calendar-gray 19 İyun 2019

Bu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana ixrac edilən məhsulların ümumi dəyəri 168 790,7 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 4% çoxdur və ölkənin ümumi ixracatının 11,5%-nə bərabərdir.  2018-ci ildə isə Azərbaycana ixrac edilən məhsulların ümumi dəyəri Gürcüstanın ümumi ixracatının 12,6%-nə bərabər olub.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan bu ölkəyə ixrac 1,5% azalaraq 266 806,1 min dollar təşkil edib. Bu, Gürcüstanın ümumi idxal həcmində 7,6%-ə bərabər olub.

Hesabatda qeyd olunub ki, Azərbaycan bu ölkənin ixracatında üç əsas tərəfdaşından biridir. Digər iki ölkə isə Rusiya (218,7 mln. dollar) və Bolqarıstandır (119,1 mln. dollar). Bu üç ölkəyə göndərilən məhsullar Gürcüstanın ümumi ixracatının 34,5%-nə bərabər olub.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date