Gürcüstanın yük maşınlarından əldə etdiyi gəlirləri 2 dəfə artıb

Gürcüstanın yük maşınlarından əldə etdiyi gəlirləri 2 dəfə artıb
# 27 mart 2023 18:06 (UTC +04:00)

Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın yük maşınlarından əldə etdiyi gəlirləri illik müqayisədə 2,1 dəfə artıb artıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Bildirilib ki, yanvar-fevral ayları ərzində Gürcüstan yük maşınlarından 24,11 milyon lari (15,92 milyon manat) əldə edib. 2022-ci ilin ilk iki ayı ərzində isə bu göstərici 11,4 milyon lari (7,5 milyon manat) təşkil edib.

Yanvar-fevral ayları ərzində Gürcüstan ərazisindən ümumilikdə 68 604 yük maşınının istifadə etdiyi qeyd edilib. 2022-ci ilin ilk iki ayında isə bu göstərici 57 235 ədəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR