Hacı Əliyev “Al Marketlər”in xüsusi içkisi “Horss”un siması oldu - FOTO

Hacı Əliyev “Al Marketlər”in xüsusi içkisi “Horss”un siması oldu - FOTO
# 14 iyul 2022 15:03 (UTC +04:00)

“Al Market” mağazalar şəbəkəsi ilə Güləş üzrə 3 Qat Dünya Çempionu, 3 Qat Avropa Çempionu, 2 Qat Olimpiya Mükafatçısı Hacı Əliyev əməkdaşlığa başlayıb.

“Azersun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın fəxri idmançılarından olan Hacı Əliyev yalnız “Al Market” müştərilərinə özəl təqdim edilən “Horss” içkisinin marka üzü olub.
Dadıyla, ətriylə və münasib qiyməti ilə “Horss” qısa zamanda müştərilərinin sevgisini qazanıb.
“Al Market” mağazalar şəbəkəsi bu məhsulunu “Xoşbəxtlik verən, canlandıran bir dost axtaranda “Horss”u xatırla” devizi ilə təqdim edir.

Qeyd edək ki, bu gün ölkənin dörd bir bölgəsində fəaliyyət göstərən “Al Market”lər mağazalarındakı ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” şüarını əsas tutan “Al Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

“Horss” - Dostun səninlə!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR