Hindistan şirkətlərinin Azərbaycana ixrac missiyası təşkil olunacaq

Hindistan şirkətlərinin Azərbaycana ixrac missiyası təşkil olunacaq
# 25 may 2022 15:59 (UTC +04:00)

Bu ilin sentyabr ayında Hindistan şirkətlərinin Azərbaycana ixrac missiyasının təşkili nəzərdə tutulur.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin birinci katibi Vinay Kumar “APA-Economics”in sualını cavablandırarkən bildirib ki, səfirlik tərəfindən Hindistanın müxtəlif palataları, dövlət qurumları və özəl şirkətləri Azərbaycana nümayəndə heyəti ilə səfər etmələrinə dair dəvət olunublar:

“Bu yaxınlarda dörd Hindistan şirkəti Azərbaycanda keçirilən “İnterFood” sərgisinə qatıldılar. Onlar daha çox düyü ixracı ilə məşğuldurlar. Onlar sərgidə iştirak zamanı bir çox yerli şirkətlərlə əməkdaşlıq məsələləri müzakirə ediblər. Burada təkcə düyü yox, həmçinin digər məhsulların da Azərbaycana idxalı müzakirə olunub. Bildiyiniz kimi pandemiya ilə əlaqədar vizaların verilməsi yenicə bərpa olunub. İxrac missiyasına gəldikdə isə, Hindistan şirkətlərinin Azərbaycana sentyabr ayında gələcəkləri nəzərdə tutulur”, - deyə Vinay Kumar qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR