İcraçı direktor: "SAP-ın Azərbaycanda ən böyük müştərisi SOCAR-dır"

İcraçı direktor: "SAP-ın Azərbaycanda ən böyük müştərisi SOCAR-dır"
# 21 iyun 2022 14:14 (UTC +04:00)

"Biz bütün biznesi əhatə edən 25 xüsusi proqramlaşdırma həlli təqdim edirik. Bizim dünya üzrə ümumilikdə 400 min müştərimiz var. Azərbaycanda ən böyük partnyorumuz SOCAR-dır".

Bunu "APA-Economics"ə açıqlamasında SAP Se-nin Mərkəzi və Şərqi Avropa üzrə icraçı direktoru Tom Kindermans deyib.

O bildirib ki, bu sahədə olan ən yaxşı təcrübələrini sənaye sahələrində, xüsusilə də neft-qaz sənayesində tətbiq edirlər. Bu baxımdan daha çox neft-qaz şirkətləri bizim məhsullara maraq göstərir. SAP-ın Azərbaycanda ən böyük müştərisi SOCAR-dır", - deyə Tom Kindermans əlavə edib.

Şirkətin qiymət təkliflərinə gəlincə, SAP-ın regional üzrə icraçı direktoru bildirib ki, buna təsir edən çoxlu amillər var: "Məsələn, işçilərin sayı, təklif edilən xidmət və s. Ümumlikdə isə qiymətlər 500 min dollardan 5 milyon dollara kimi arta bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR