İndoneziya şirkətləri Azərbaycana investisiya yatıracaq

İndoneziya şirkətləri Azərbaycana investisiya yatıracaq
# 16 iyul 2022 12:05 (UTC +04:00)

İndoneziya şirkətləri tikinti materiallarının istehsalı və tekstil sahələrində, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlıdırlar.

İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamidi Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyevlə görüşü zamanı deyib.
Görüşdə İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Öz növbəsində Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılan biznes və investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR