İrandan Azərbaycana 3500 avtomobil ixrac olunacaq

İrandan Azərbaycana 3500 avtomobil ixrac olunacaq
# 10 yanvar 2023 17:59 (UTC +04:00)

İl ərzində İrandan Azərbaycana 3500 ədəd avtomobil ixrac olunacaq.

Bunu APA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İranın “Xodro” şirkətinin baş direktoru Mehdi Xətibi deyib.

O bildirib ki, iki ay öncə Azərbaycanda bununla bağlı danışıqlar aparılıb: “Bu danışıqlarda mövcud olan bəzi problemlər öz həllini tapdı. Razılıq əldə olundu ki, 1 il ərzində Azərbaycana 3500 ədəd avtomobil ixrac olunsun. Bu rəqəm ötən illər ərzində bu ölkəyə ixrac olunan məhsulların sayından 50 faiz çoxdur”.

O qeyd edib ki, Azərbaycan bazarında məhsulların çeşidi artacaq və “Səmənd” ilə yanaşı, “Dena” və “Tara” brendləri də Azərbaycana ixrac olunacaq.

Mehdi Xətibinin sözlərinə görə, bu avtomobillər “İran Xodro”nun Azərbaycandakı zavodunda montaj olunacaq.

O vurğulayıb ki, mart ayına kimi İrandan 2000 ədəd “Dena” və “Tara” avtomobili Rusiyaya ixrac olunacaq.

“Hazırda bu avtomobillərin Rusiyaya tədarükünü başlanılıb”, - Mehdi Xətibi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR