İşğaldan azad edilmiş ərazilərə sahibkarların səfəri təşkil edilir

# 04 iyun 2022 12:39 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərə sahibkarların səfəri təşkil edir.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

İclasda İqtisadiyyat Nazirliyinin nümayəndəsi deyib ki, işğaldan azad edilmiş ərazilərdə çalışanların ilkin zəruri ehtiyaclarının (yeməkxana, ərzaq və xırdavat malları, aptek, tibb məntəqələri, çörək istehsalı, bankomat və s) ödənilməsi məqsədilə 2022-ci il 2-4 iyun tarixlərində Füzuli-Cəbrayıl-Xocavənd, Kəlbəcər-Laçın, Tərtər-Ağdam, Qubadlı-Zəngilan marşrutları üzrə sahibkarların səfəri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR