İstehsal sahələri üçün ölkəyə idxal edilən mallar ƏDV-dən azad oluna bilər

İstehsal sahələri üçün ölkəyə idxal edilən mallar ƏDV-dən azad oluna bilər
# 10 noyabr 2022 13:33 (UTC +04:00)

Azərbaycanda istehsal sahələrinin qurulması üçün ölkəyə idxal edilən mal və materiallar ƏDV-dən azad oluna bilər.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib. O bildirib ki, hazırda sahibkarların istehsal sahələri qurmaq üçün çəkdikləri kapital xarakterli xərclərin daha çox hissəsini əsas vəsaitlərin alınması və ya ölkəyə idxalı kimi maliyyə tutumlu investisiyalar təşkil edir. Buna görə də gələn ildən Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq siyahıda müəyyən olunacaq kateqoriya üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur. "Nəticədə istehsalçılarımız istehsal sahələrinin qurulması ilə bağlı idxal etdikləri əsas vəsaitlərə görə maliyyə vəsaitlərinə qənaət etmiş olacaqlar",- deyə Ə.Quliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR