KOB sədri: "Pandemiyada məsafədən iş rejimi yaxşı təcrübə formalaşdırdı"

KOB sədri: "Pandemiyada məsafədən iş rejimi yaxşı təcrübə formalaşdırdı"
# 15 iyul 2022 17:20 (UTC +04:00)

COVID-19 pandemiyası dövründə şəraitə uyğun olaraq məsafədən iş rejiminə keçən təşkilatlar üçün böhran vəziyyətini daha yaxşı idarə etmək təcrübəsi formalaşdı.

"APA-Economics" xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu gələcəyə yönümlü, dəyişən situasiyalara və fors-major hallara sürətli uyğunlaşma kimi keyfiyyətlərə malik komandalar üçün daha asan oldu.
"Bu baxımdan daha səmərəli və adaptiv iş şəraiti yaratma istiqamətində çevik fəaliyyətin təşkili bu gün hər birimiz üçün uğurlu bir təcrübə kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, müasir dövrdə hər bir fəaliyyət sahəsi sosial mediaya bağlanır, istifadəçilər öz fikirlərini, müxtəlif informasiyaları paylaşmaq üçün bu alətdən istifadə edirlər. Əməkdaşlar onlardan sadəcə asudə vaxtlarını keçirmək üçün istifadə etmirlər, həm də öz işlərində istifadə edirlər, KOBİA-nın fəaliyyəti ilə bağlı məlumatların, mühüm mesajların geniş təbəqəyə çatdırılmasında fəal iştirak edirlər.",- deyə Orxan Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, əməkdaşlar eyni zamanda biznes sahəsində maraqlı tərəflərlə əlaqələrin qurulmasında, o cümlədən ehtiyacların, ictimai fikirin öyrənilməsi və sahibkarlığın inkişafına dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində sosial medianın imkanlarından faydalı şəkildə istifadə edirlər.

"Müşahidələrimizə görə bu imkanlarla yanaşı, uğurlu sosial media strategiyası KOBİA-nın xaricində və daxilindəki insanları birləşdirməyə kömək edir. Bu baxımdan düşünürəm ki, menecerlər sosial mediadan strateji olaraq necə istifadə edəcəklərini öyrənmək üçün hədəf və planları olmalıdır",- deyə Orxan Məmmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR