KOB subyektlərinə milli valyutada verilmiş kreditlərin risk faizi 100%-dən 50%-ə endirilib

KOB subyektlərinə milli valyutada verilmiş kreditlərin risk faizi 100%-dən 50%-ə endirilib
# 01 fevral 2023 15:12 (UTC +04:00)

KOB subyektlərinə milli valyutada verilmiş kreditlərin risk faizi 100%-dən 50%-ə endirilib.

"APA-Economics" xəbər verir ki, bunu Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev "Aqrobiznesin inkişafı forumu"nun panel müzakirəsində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bununla kredit portfelinin dedollarlaşması məqsədi güdülür.

"Eyni zamanda, AKİA-nın təminatı ilə verilmiş kreditlərin təmin olunmuş hissəsi üzrə risk dərəcəsi 5 dəfə azaldılaraq 100%-dən 20%-ə endirilib. Bu halda portfelin qeyri-işlək hissəsi bu portfel üzrə 12%-i ötməməlidir", - deyə Fuad İsayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR