KOBİA: Ağdam, Qəbələ və Cəlilabadda peşə təhsili alan gənclər aktivlərlə təmin ediləcəklər

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 31 may 2022 11:55 (UTC +04:00)

“Azərbaycanda həyata keçirilən “Gənclərin Biznes Emalatxanası” layihəsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən kiçik və orta sahibkarlıqla məşğul olan, xüsusilə də biznesə başlamaq istəyən və ya yeni ideyalarını həyata keçirmək istəyən peşə təhsili almış gənclər üçün yeni imkanlar açır”.

"APA-Economics" xəbər verir ki, bunu "Təhsil biznesi problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Ağdam, Qəbələ və Cəlilabad rayonlarında peşə təhsili alan gənclər müvafiq təlimlərdən keçərək aktivlərlə təmin ediləcəklər.

"Artıq Ağdam və Cəlilabad rayonlarında 125 nəfərlə təlimlər başa çatıb və növbəti mərhələ kimi müxtəlif sahibkarlıq subyektlərində, o cümlədən Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən müəssisələrdə biznes turlarda iştirak ediblər. Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 153 nəfər sonuncu kurs tələbələri üçün də biznes təlimləri davam etdirilir", - deyə Orxan Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR