KOBİA-ya azad edilmiş ərazilərdə bizneslə bağlı 945 müraciət daxil olub

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 24 yanvar 2022 12:24 (UTC +04:00)

İndiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 945 müraciət daxil olub.

"APA-Economics" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır.

"Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, s18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR