Komitə sədri: "Bu gün dünyada qadınla kişinin əmək haqqı arasında kifayət qədər fərq var"

Komitə sədri: "Bu gün dünyada qadınla kişinin əmək haqqı arasında kifayət qədər fərq var"
# 23 noyabr 2022 11:44 (UTC +04:00)

Bu gün dünyada qadın əmək haqqı ilə kişi əmək haqqı arasında kifayət qədər fərq var.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı 5-ci forumda çıxışı zamanı bildirib.

"Təxminən eyni vəzifədə çalışan bir qadının aldığı əmək haqqı, kişinin əmək haqqının 80%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə bu bir qədər çoxdur. Azərbaycanda isə bu rəqəm aşağıdır. Azərbaycanda qadının aldığı əmək haqqı kişinin aldığı əmək haqqının cəmi 63%-ni təşkil edir",- deyə komitə sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR