MM-in komitə sədri: "Dünyada yeni biznes strukturlarının 25%-ni qadınlar yaradır"

MM-in komitə sədri: "Dünyada yeni biznes strukturlarının 25%-ni qadınlar yaradır"
# 29 iyun 2022 11:50 (UTC +04:00)

Müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik tərkib hissəsidir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Özbəkistan qadın sahibkarların biznes forumunda çıxış edərkən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, dünyada yeni biznes strukturlarının 25%-ni qadınlar yaradır.

"Bu, qadınların iqtisadi təşəbbüsünün həqiqətən artdığını göstərir. Təhlil nə göstərir? Gender bərabərsizliyinin aradan qaldırılması 2025-ci ilə qədər qlobal ÜDM-i 26 faiz artıracağına şərait yaradacaq. Amma heç bir səy göstərilməsə, iqtisadiyyatda gender bərabərliyi yalnız 260 ildən sonra yarana bilər. Ona görə də bu gün dünyada kiçik və orta biznesə, xüsusən də qadın sahibkarlığına maraq artır", - deyə Hicran Hüseynova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR