“Kontakt” Mərdəkanda ən böyük elektronika mağazasını açır - ƏYLƏNCƏLİ AÇILIŞA SƏN DƏ GƏL

“Kontakt” Mərdəkanda ən böyük elektronika mağazasını açır - ƏYLƏNCƏLİ AÇILIŞA SƏN DƏ GƏL
# 10 mart 2023 09:19 (UTC +04:00)

Məhsul çeşidi, unikal mağaza konsepti və mağazalarının sayına görə Qafqazın ən aparıcı pərakəndə satış şəbəkəsi olan “Kontakt” indi Bakının Mərdəkan qəsəbəsinə gəlir. Bu gün saat 17:00-da “Kontakt Home – Mərdəkan” mağazasına gələn uşaqdan-böyüyə hamını sürprizlərlə dolu maraqlı oyunlar, əsl Novruz ab-havası və sözsüz ki, çox sərfəli təkliflər gözləyir.


EVİNİZƏ LAZIM OLAN HƏR ŞEY BİR ADDIMLIĞINIZDA

İndi sizə Mərdəkanın ən böyük elektronika mağazasının digər üstünlüklərindən və istifadə imkanlarından söz açaq. Belə ki, ümumilikdə 1300 m2-dən çox xidmət sahəsi olan mağazanın 1-ci mərtəbəsində qabaqcıl dünya brendlərinə məxsus rəqəmsal, kiçik məişət, qab-qacaq və digər ev əşyalarının, 2-ci mərtəbəsində isə tekstilböyük məişət əşyalarının hər seqmentdə, həmçinin hər büdcəyə uyğun olan geniş çeşidi alıcılar üçün təqdim olunur. Necə deyərlər, artıq nəinki Mərdəkan camaatı, həm də ətraf qəsəbədə yaşayanlar axtardıqları hər şeyə tək ünvanda sahib ola biləcəklər.

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, XÜSUSİ HİSSƏLİ ALIŞ ŞƏRTLƏRİ

Cibləri sevindirəcək nağd alışda 50%-dək endirimli kampaniya, hər növdə məhsulları əhatə edib, yalnız martın 16-dək qüvvədə olacaq. Həmin tarixədək kredit alıcılarını da qaçırılmaz fürsətlər gözləyir. Məsələn, smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, qulaqlıqlarısmart saatları ilkin ödənişsiz, 18 ay faizsiz, televizorev tekstilini isə ilkin ödənişsiz, 18 ay faizsiz, hətta komissiyasız şərtlərlə əldə etmək imkanı olacaq. Gəlin maraqlı təkliflərdən bəzilərinə birlikdə nəzər salaq:

  • 64 GB yaddaşlı, 5000 mAh iri batareya həcmi olan Oppo A17 smartfonunu nağd alışda 370 yox, 299 manata;
  • 24 sm ölçülü qranit Morelli tavasını isə 25 yox, sadəcə və sadəcə 10 manata ala bilərsiniz.

Bütün təkliflərdən yararlanmaq üçün bu gün “Kontakt”ın Mərdəkan mağazasına gəlməyi unutmayın! Ünvan: Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 1948. (Köhnə makaron fabrikinin yaxınlığı).

Qeyd edək ki, hazırda şəbəkənin Azərbaycan üzrə ümumilikdə 32 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 2, kontakt.azkontakt.ge onlayn mağazaları fəaliyyət göstərir. Sizə ən yaxın mağazanı buradan tapa bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR