“Lamborghini” Azərbaycanda yeni eksklüziv modelini təqdim edib - FOTOLENT

“Lamborghini” Azərbaycanda yeni eksklüziv modelini təqdim edib  - FOTOLENT
# 29 sentyabr 2022 16:33 (UTC +04:00)

28 sentyabr 2022-ci ildə “Lamborghini” rəsmi olaraq Bakıda öz yeni şourumunun açılışını edib.

APA-Economics” xəbər verir ki, şourumun yerləşdiyi ərazi “Lamborghini"nin qlobal brend üslubunu mükəmməl şəkildə vurğulayır. Bu isə o deməkdr ki, markanın Bakıda fəaliyyəti uzunömürlü olacaq.

Dünən gecə keçirilən təntənəli tədbirdə EMEA regionunun rəhbəri Françesko Kreşçi və Mərkəzi, Qərbi Avropa və MDB-nin rəhbəri Feliks Rongen iştirak ediblər.

Onlar Bakı haqqında və yeni şourumun açılışı barədə öz fikirlərini bölüşdülər. «Bakı, İtaliya idman avtomobillərinə uyğun olan böyük bir şəhər kimi, Lamborghini üçün ən güclü şəhərlərdən biri olaraq qalır», - deyə Kresçi bildirib.

"Yeni açılacaq Lamborghini şourumu yeni marka üslubu ilə sadiq müştərilərimiz üçün xidmət keyfiyyətini daha da artırmağa və burada, Münhen və digər yerlərdə yeni müştərilərimizi salamlayacaq. Bununla yanaşı, yeni şourum şirkətimizi 2023-cü ildə başlayan elektrikləşdirilmiş avtomobillərin yeni dövründə müşayiət edəcəkdir".

"Biz Lamborghini Baku şourumunun rəsmi olaraq açılışından çox məmnunuq və əminik ki, bir uğur hekayəsinə başlayırıq", - Feliks Rongen deyib.

Bakı şəhəri Zərifə Əliyeva 31 ünvanında yerləşən 225 kvadratmetrlik ərazisi olan şourum brendə uyğun olaraq, rahat və məxfi atmosferə önəm verərək, layihələndirilib. Qeyd etmək istərdik ki, burada müştərilər fərdiləşdirmə proqramı çərçivəsində məhsulların çeşidləri ilə yaxından tanış ola bilər və ya "Ad Personam" adlanan ehtiyatlandırılmış zonada öz fərdi konfiqurasiyalarını yarada bilərlər.

Brendin ən yeni texnologiyaları ilə təchiz olunmuş şourumu nəqliyyat vasitələrinin həvəskarlarına eksklüziv dairəvi təcrübə təklif edir, təlim almış Lamborghini mütəxəssisləri müştərilərə yeni və artıq hazır Lamborghini modellərini təklif edərək, seçimlərində dəstək olurlar.

Möhtəşəm açılış mərasimində Françesko Kreşçi və Feliks Rongen VIP qonaqlara yeni istifadəyə verilmiş “Lamborghini Huracán Tecnica”nı birlikdə təqdim ediblər.

Qeyd edək ki, arxa ötürücülü, aerodinamik dizayn və mühəndislikdə yeni nəsil təkamülü özündə ehtiva edən “Huracán Tecnica” 640 CV və 565 Nm fırlanma anı hasil edən V10 5,2 l həcmli mühərriklə təhciz edilib. 7 pilləli LDF ikili muftalı transmissiya ANIMA vasitəsilə dəyişən keçid xüsusiyyətlərinə sahibdir. Kokpitdə isə akustik rahatlıq təmin edilib. Superkarın maksimal sürəti 325 km/saat-dır. “Huracán Tecnica” 0–100 km/saat sürəti cəmi 3,2 saniyəyə yığır.

Xatırladaq ki, Lamborghini avtomobilləri hal-hazırda Bakıda Azərbaycan üçün eksklüziv əsasda təqdim olunur. Hazırda “Lamborghini”nin EMEA regionunda 74 və dünyada 174 diler mərkəzi var.

Foto və video: media.lamborghini.com

Lamborghini avtomobilləri haqqında məlumat: www.lamborghini.com

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR