Litva Azərbaycanla əməkdaşlığın artması ilə bağlı böyük potensial görür

Litva Azərbaycanla əməkdaşlığın artması ilə bağlı böyük potensial görür
# 22 may 2023 16:11 (UTC +04:00)

Litva Azərbaycanla əməkdaşlıq layihələrinin daha da artması ilə bağlı böyük potensial görür və fəal şəkildə ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşməkdə çox maraqlıdır.

APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Litva-Azərbaycan Biznes Forumunda Litvanın iqtisadiyyat və innovasiyalar naziri Auşrine Armonayte deyib.

“Mən inanıram ki, bugünkü tədbir bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlara qapı açacaq. Azərbaycan Prezidentinin iş adamlarından ibarət nümayəndə heyəti ilə Litvaya səfəri bizim ikitərəfli əməkdaşlığımızı intensivləşdirməklə bağlı qarşılıqlı niyyətimizin göstəricisidir. Litva proqressiv, ambisiyalı xalqa, iqtisadiyyata açıqdır və Şərqlə Qərb arasında körpü rolunu oynamağa istəklidir”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR