“Maredo konfetləri qazandırır”  lotereyasının sonuncu tirajı keçiriləcək - FOTO

“Maredo konfetləri qazandırır”  lotereyasının sonuncu tirajı keçiriləcək - FOTO
# 06 iyun 2022 12:21 (UTC +04:00)

“OBA” marketlər şəbəkəsi tərəfindən keçirilən “Maredo konfetləri qazandırır” lotereyasının yeddinci tirajı baş tutub.

"APA-Economics" xəbər verir ki, “OBA Market” mobil tətbiqi üzərindən həyata keçirilən stimullaşdırıcı elektron lotereyanın yeddinci tirajının qalibləri iyunun 3-də məlum olub.

“OBA” marketlər şəbəkəsinin sosial media hesablarında keçirilən canlı yayım zamanı təsadüfi seçimlə qaliblər müəyyənləşdirilib. Bu həftəki tirajda gənc və sevilən influnser Həmayıl Cəfərli canlı yayımda qaliblərin seçimində iştirak edib. Təsadüfi seçimlə bu həftəki tirajda da 7 nəfər 100 AZN-lik “OBA” hədiyyə kartı, 2 nəfər elektrikli soba, 2 nəfər ətçəkən maşın, 2 nəfər smartfon telefon, 1 nəfər televizor və 1 nəfər paltaryuyan qazanıb. Qalib olmuş iştirakçıların siyahısı ilə əlavə fotodan tanış ola bilərsiniz.

Qeyd edək ki, bir-birindən dəyərli hədiyyələr qazandıran lotereya 10 iyuna qədər davam edəcək. Tirajlı stimullaşdırıcı elektron lotereyada “OBA” müştəriləri hər 5 AZN-lik Maredo konfetləri alış-verişində “OBA Market” mobil tətbiqini kassirə təqdim etməklə 1 şans qazanırlar. Onu da bildirək ki, lotereyanın artıq son tirajı qalıb. Növbəti və son tiraj tarixi: 10 İyun. Sonuncu tirajda lotereya iştirakçıları Kia-Rio avtomobili və digər qiymətli hədiyyələr qazanma şansına sahib olacaqlar.

1-7-ci tirajlarda 1 lotereya nömrəsi yalnız 1 tirajda qalib ola bilər. 8-ci, yəni sonuncu tirajda isə bütün öncəki qaliblər də iştirak hüququ qazanacaqlar.

Lotereyanın iştirak qaydalarına əsasən, 18 yaşına çatmış şəxslər “OBA market” mobil tətbiqini yükləyərək iştirakını təsdiqləyib şəxsi məlumatlarını tam və doğru doldurmalıdır. Hər bir lotereya nömrəsi 1 dəfə qalib ola bilər. Şans sayının çox olması lotereya nömrəsinin qazanma ehtimalını artırır.

Ətraflı məlumat: oba.az saytında və “OBA Market” mobil tətbiqində elan olunacaq.

Qeyd edək ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC ölkə üzrə 1110-dan çox marketi və 6000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR