"MARSA" şirkətində yeni təyinatlar olub®

"MARSA" şirkətində yeni təyinatlar olub®
# 14 yanvar 2022 10:46 (UTC +04:00)

“MARSA” MMC-yə yeni icraçı direktor təyin olunub.

Şirkətin məlumatına görə, bu vəzifəyə İradə Sultanova gətirilib.

Bundan başqa, Süriyyə Əlizadə “MARSA” MMC-də Müştəri Xidmətləri Departamentinin rəhbəri, Tair Cəfərov Texniki direktor, Anar İbrahimov isə araşdırma üzrə baş menecer vəzifəsini icra edəcək.

Qeyd edək ki, İ. Sultanova media sahəsində 20 ildən artıq təcrübəyə malikdir. Son 11 ildə ölkənin aparıcı media agentliklərindən olan “UM Azərbaycan”ın icraçı direktoru vəzifəsində çalışıb. Agentliyin müştəri bazasının artırılması və inkişaf etdirilməsi, həmçinin onlara düzgün və keyfiyyətli xidmətin göstərilməsi onun əsas xidməti vəzifələrindən biri olub. O, ölkənin media bazarı haqqında geniş biliyə malikdir və həm media agentliyi, həm də reklamçılar tərəfindən yarana biləcək bütün sual və ehtiyacları qarşılaya biləcək.

Xatırladaq ki, “MARSA” MMC media sahəsində reytinqlərin ölçülməsi, məlumatların toplanması, araşdırılması üzrə dünya lideri olan Kantar şirkətinin rəsmi texnoloji tərəfdaşıdır. Kantar şirkətinin yeni nəsil texnologiyalarından istifadə edərək “MARSA” MMC ölkədə istehlakçıların baxış vərdişləri haqqında daha ətraflı məlumat təqdim edəcək və beynəlxalq standartlara tam uyğunluğu və şəffaflığı təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR