Məhkəmə sistemində qiymətləndirici şirkətlərə etimad çox aşağıdır

Məhkəmə sistemində qiymətləndirici şirkətlərə etimad çox aşağıdır
# 20 may 2022 12:24 (UTC +04:00)

"Məhkəmə sistemində qiymətləndirici şirkətlərin fəaliyəti ilə bağlı etimad çox aşağıdır".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 7-ci hesabat-seçki konfransında iştirak edən Müstəqil Ekspertiza Mərkəzinin rəhbəri Şükür Hüseynov deyib.

Onun sözlərinə görə, Qiymətləndiricilər Cəmiyyətinin əsas problemi onların rəyi ilə bağlı məhkəmə-hüquq sistemi tərəfindən nüfuzun çox aşağı olmasıdır. Bu isə ondan irəli gəlir ki, məhkəmənin qiymətləndirmə ilə bağlı ekspertizasına qiymətləndirmə şirkətləri bir-birindən kəskin fərqlənən qiymətlər təqdim edirlər.

"Eyni vaxtda məhkəmə ekspertizasının təklif etdiyi işə və obyektə görə, bir şirkət 1 manat, digəri isə 5 manat qiymət müəyyən edir. Bu isə istər-istəməz bizim nüfuzumuzu aşağı salır. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyindən tələbimiz budur ki, bu məsələ tezliklə tənzimlənsin"- deyə, şirkət rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR